SON DƏQİQƏ
» » SOCAR Cəbrayılovun iki binasını sökdürür – Qərar

SOCAR Cəbrayılovun iki binasını sökdürür – Qərar

Tarix:

16-10-2019, 13:13

/ 913 dəfə oxundu.
SOCAR Cəbrayılovun iki binasını sökdürür – Qərar

Sumqayıt Məhkəməsinin qərarına əsasən, keçmiş deputat, borc qalmaqalları ilə gündəmi zəbt edən Rəfael Cəbrayılova və qardaşına məxsus Dərhal MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək.

GunAz.az xəbər verir ki, bu haqda Bakıpost.az məlumat paylaşıb.

İddia edilib ki, məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb:

“Səbəb kimi həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır”.

Qeyd edilib ki, kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ