SON DƏQİQƏ

Seyfəddin Talıbovun vəzifədən azad edildi

Tarix:

11-10-2019, 10:54

/ 2 015 dəfə oxundu.
Seyfəddin Talıbovun vəzifədən azad edildi

Oktyabrın 8-də yeni baş nazirin təyin edilməsi, iki gün sonra isə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun vəzifədən azad edilməsi kadr islahatlarının yeni mərhələsinin başlandığı haqda müzakirələrə səbəb olub.

GunAz.az xəbər verir ki, Seyfəddin Talıbovun yerinə təyin edilən Elçin Zeynalov indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb. Nazir İnam Kərimov 2018-ci ilin noyabrında onu KTN-də qeyd edilən vəzifəyə gətirib. 11 ay içində isə o nazir müavini vəzifəsinə yüksəlməyi bacarıb.

S.Talıbov isə 2014-cü ilin mayından bu postu tuturdu. Bundan əvvəl isə o, Hesablama Palatasının Aparatının İcmal-analitik təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-ci ildə “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” ilə mükafatlandırılıb.

Qeyd edək ki, Seyfəddin Talıbov əvvəllər nazirlikdə Aparat rəhbəri vəzifəsində çalışıb. 2014-cü ildə nazir müavini vəzifəsinə təyin edildikdən sonra isə o, Kənd Təsərrüfatı Nazirliyinə tabe olan bir sıra qurumlara nəzarəti tam əlinə alıb. Məsələn, iddia olunurdu ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti tam şəkildə nazir müavini Seyfəddin Talıbovun kurasiyasında olub.

Yeri gəlmişkən, Novruz Məmmədov baş nazir vəzifəsindən azad edildikdən sonra Nazirlər Kabinetində müavin postları da müzakirə edilir.

Xatırladaq ki, baş nazirin 4 müavini var: Yaqub Eyyubov (birinci müavin), Əli Həsənov, Əli Əhmədov və Hacıbala Abutalıbov.

Baş nazirin birinci müavini olan Yaqub Eyyubov əsasən energetika və müdafiə məsələləri üzrə işlərə baxır. Onu tez-tez bu iki sahə üzrə mərkəzi icra hakimiyyəti orqanlarının tədbirlərində görmək olur.

Y.Eyyubov həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın, İxrac Nəzarəti üzrə Komissiyanın, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı 2016-cı ildə yaradılan komissiyanın rəhbəridir. Yaqub Eyyubov 10 iyul 1999-cu ildən 2003-cü ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb. 13 fevral 2003-cü ildən isə Baş nazirin birinci müavinidir.

2013-cü ildə Baş nazirin müavini təyin olunan Əli Əhmədov, mətbuata verilən açıqlamaya görə, sosial məsələlərə cavabdehlik daşıyır. O, həm də müavinlər arasından ən cavanıdır. Əli Əhmədovun 66 yaşı var.

Hacıbala Abutalıbov hazırda keçmiş müavin Abid Şərifovun nəzarətində olan sahələrə baxır. Nazirlər Kabinetində ən az müavinlik stajı olan isə Hacıbala Abutalıbovdur. 75 yaşlı Hacıbala Abutalıbov 21 aprel 2018-ci ildən Baş nazirin müavinidir.

Digər müavin Əli Həsənov əsasən hüquq-mühafizə orqanları ilə iş, meliorasiya sahəsi və s. məsələlərə nəzarət həvalə edilib. O, 21 ildir ki, baş nazirin müavinidir. 71 yaşlı Əli Həsənov bu vəzifəyə 18 noyabr 1998-ci ildə təyin edilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər