SON DƏQİQƏ

SOCAR-ın işçilərinin sayı artıb

Tarix:

26-09-2019, 18:30

/ 1 897 dəfə oxundu.
SOCAR-ın işçilərinin sayı artıb

 Ölkənin ən böyük şirkəti olan SOCAR 51 min 125 işçi qüvvəsinə malikdir.

GunAz.az xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.

Qeyd edilir ki, ötən il şirkətin işçilərinin sayı 2017-ci ilə görə 2417 nəfər artıb.

2018-ci ildə SOCAR Azərbaycanın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 5 zavod, 2 trest və 1 institut daxil olmaqla 28 struktur bölməsi fəaliyyət göstərib. Eyni zamanda, şirkət Xəzər dənizinin Azərbaycan sektorunda və quruda yerləşən yataqlarda Hasilatın Pay Bölgüsü sazişləri üzrə tərəfdaşdır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər