SON DƏQİQƏ
» » İlham Əliyev bu ölkə başçılarına məktub göndərdi

İlham Əliyev bu ölkə başçılarına məktub göndərdi

Tarix:

7-09-2019, 15:52

/ 1 911 dəfə oxundu.
İlham Əliyev bu ölkə başçılarına məktub göndərdi

Azərbaycan Republikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Stevo Pendarovskiyə məktub göndərib.

GunAz.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Şimali Makedoniyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm”.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti İmamli Rəhmana təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

"Hörmətli İmaməli Şərifoviç,

Tacikistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dost Tacikistan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması yolu ilə inamla irəliləyir. Ölkəniz dünyada və regionda sülhün və sabitliyin bərqərar olmasına, beynəlxalq təhlükəsizliyə və dialoqa mühüm töhfələr verir.

İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli İmaməli Şərifoviç, bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ