SON DƏQİQƏ
» » Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək

Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək

Tarix:

4-09-2019, 15:23

/ 1 818 dəfə oxundu.
Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

Fonddan verilən məlumata görə, hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir və onlar sentyabrın 15-dək qeyd olunan birinci sinif şagirlərinə çatdırılacaq.

Qeyd edək ki, Fond “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ