SON DƏQİQƏ
» » Quşların pilot kabinəsinə çırpılması – Şok fotolar

Quşların pilot kabinəsinə çırpılması – Şok fotolar

Tarix:

3-09-2019, 15:08

/ 1 803 dəfə oxundu.
Quşların pilot kabinəsinə çırpılması – Şok fotolar

Rusiyanın “Voennoe obozrenie” nəşri təyyarə kabinəsinin şüşələrinin keçilməzliyi haqda təsəvvürləri kökündən dəyişən məqalə ilə çıxış edib.

GunAz.az xəbər verir ki, məqalə müəllifi rusiyalı hərbi ekspert Yevgeni Fedorov səmada quşlarla toqquşmaq sarıdan bəxti gətirməyən bir neçə pilotla bağlı fatklara müraciət edib.

Birinci hal

1977-ci ilin aprelin 1-də polkovnik N.N Qriqorukov və mayor Q.A.Torbovun idarə etdiyi MiQ-15 təyyarəsi hava şəraitini yoxlamaq üçün Falkenberq aerodromundan havaya qalxır. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra 120 metr yüksəklikdə bir göyərçin kabinənin şəffaf damını deşir və Qriqorukovun sağ gözünü çıxarır. Kabinənin şüşələri daxildən qan və lələklərə bulanır.

Fedorovun sözlərinə görə, bir çox hallarda ildırım belə havada quşla toqquşmaqdan daha təhlükəsiz olur.

İkinci hal

Pilot Mark Qallay 200 metr yüksəklikdə kabinənin şəffaf damını dələn və onu nokauta salan qarğa ilə görüşü barədə danışıb. Yalnız inanılmaz şans (Qallay huşunu itirir) sayəsində faciədən qaçmaq mümkün olur.

Qallay yazır: “Özünüz qərar verin: sərhədsiz hava məkanı və orada çox da böyük olmayan bir quş var. Buna qədər mənə elə gəlirdi ki, səmada quşla toqquşmaq ehtimalı kosmik məkandan Yerə düşən meteoritə enmək ehtimalı qədər azdır”.

Rusiyalı hərbi ekspert qeyd edir ki, aparılan hesablamalara əsasən təyyarənin sürəti saatda 700 kilometrə çatdığı halda 1.8 kiloqram çəkili qağayı onun korpusunda 3 ədəd 30 millimetrlik mərminin düşməsi nəticəsində qeydə alınan ziyan qədər zərərə səbəb olur. Heç bir gülləkeçirməyən şüşə belə enerji təsirinə tab gətirə bilməz.

Üçüncü hal

Pilotlar hətta 1000-3000 metr yüksəklikdə də arxayın olmamalıdır. Çünki ağır qaz və kərkəs kimi quşlarla toqquşmağın ağır nəticələri ola bilər.

Belə ki, 1962-ci ildə kərkəs Hindistan təyyarəsinin kabinəsinin şüşəsini dələrək ikinci pilotu öldürüb. Yüksək sürətdə bu cür quşlar nəinki şüşəni qıra, hətta təyyarə korpusunun istənilən proyeksiyasını poza bilər.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ