SON DƏQİQƏ
» » BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

Tarix:

17-08-2019, 20:30

/ 1 925 dəfə oxundu.
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə “BP Eksploreyşn (Kaspian Si) Ltd” arasında əməkdaşlıq sazişi imzalanıb. BDU-nun rektoru Elçin Babayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun imzaladığı saziş ali təhsilə dəstək xarakteri daşıyır.

GunAz.az xəbər verir ki, əməkdaşlıq sazişində elmi araşdırmaların və akademik fikir mübadiləsinin ictimailəşdirilməsinə dəstək olmaq üçün rəqəmsal texnologiyalara əsaslanan yeni qurumlar yaradılması, rəqəmsal əsasda idarə edilməsi, təhsildə yeni standartların tətbiqi və ya mövcud standartların təkmilləşdirilməsi, elektronlaşdırma və digər bu kimi məsələlər nəzərdə tutulur.

Rektor Elçin Babayev müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini bildirib.

Yaxın vaxtlarda 100 illiyi qeyd olunacaq BDU-nun elm və təhsilimizə əvəzsiz töhfələr verdiyini deyən rektor universitetin yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb və əməkdaşlığın faydalı olacağını vurğulayıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz sazişin əhəmiyyətini qeyd edərək, onun əməkdaşlıq imkanlarını genişləndirəcəyinə əminliyini vurğulayıb.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Nano Araşdırmalar Mərkəzi və Elmi Kitabxanası ilə tanış olublar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ