SON DƏQİQƏ
» » Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlının kimliyi bilinib

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlının kimliyi bilinib

Tarix:

5-08-2019, 19:59

/ 1 336 dəfə oxundu.
Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlının kimliyi bilinib

 Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan biri dünyasını dəyişib.

Qafqaz Müsəlmanları İdarəsindən GunAz.az-a verilən məlumata görə, dünyasını dəyişən zəvvar Ağdam rayonundan olan 69 yaşlı Şükürov Bəhmən adlı şəxsdir.

Ürək tutmasından dünyasını dəyişən Ş.Bəhmən Səudiyyə Ərəbistanında dəfn olunacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

скачать dle 12.1

Şərhlər