SON DƏQİQƏ
» » Bu ev sahiblərinə kompensasiya ödənilsin - Ekspert

Bu ev sahiblərinə kompensasiya ödənilsin - Ekspert

Tarix:

5-08-2019, 12:42

/ 1 290 dəfə oxundu.
Bu ev sahiblərinə kompensasiya ödənilsin - Ekspert

Əgər ev tikmək üçün icazə olmayan ərazilərdə evlərin inşasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əksər hallarda müəyyən ödəniş müqabilində göz yumublarsa, niyə həmin ev sahiblərinə kompensasiya ödənilməməlidir? Belə evlərin köçürülməsi baş verərsə, kompensasiyanın ödənilməsi vacibdir və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarının daxili mənbələri hesabına həyata keçirilməlidir.

GunAz.az xəbər verir ki, bu fikirlərlə iqtisadçı alim Vüqar Bayramov çıxış edib.

Son günlər tez-tez müzakirə edilən bir məsələ - “riskli ərazi” hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsi barədə danışan iqtisadçı bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı təkliflər paketindən belə evlərə kompensasiyanın ödənilməsi təklif olunur:

“Belə evlərin köçürülməsi baş verərsə, kompensasiyanın ödənilməsini vacib hesab edirik və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarının daxili mənbələri hesabına həyata keçirilə bilər. Bununla da dövlət büdcəsinə ağırlıq yaratmadan qeydiyyatsız ev sahiblərinə kompensasiyanın ödənilməsi təmin olunar.

Bizim təkliflərimiz “Əmlak Amnistiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin və eləcə də nəqliyyat qovşaqlarının yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkündürsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.

V.Bayramov bildirib ki, inkişaf etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada belə praktikadan istifadə olunub:

“Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır”.

скачать dle 12.1

Şərhlər