SON DƏQİQƏ
» » Peşə məktəblərində ixtisasların sayı azalıb: Onlara tələbat yoxdur

Peşə məktəblərində ixtisasların sayı azalıb: Onlara tələbat yoxdur

Tarix:

2-08-2019, 11:26

/ 1 831 dəfə oxundu.
Peşə məktəblərində ixtisasların sayı azalıb: Onlara tələbat yoxdur

Ötən il 168 ixtisas üzrə kadr hazırlığı aparılıb. Daha əvvəl isə bu say 176 idi. Çünki bəzi ixtisaslara təlabat yoxdur.

GunAz.az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Azərbaycanda peşə təhsili təsnifatının yenilənməsi üçün işlər aparılacaq:

“Bu gün peşə təhsili təsnifatına daxil olan ixtisasların çoxu mövcud əmək bazarının tələbatına uyğun deyil. 

Hər il təsnifata yeni ixtisaslar daxil olur. Amma yenə də təsnifatın yenilənməsinə ehtiyac duyulur. Bu, qısa müddətli iş deyil. Bu istiqamətdə işlər aparılacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ