SON DƏQİQƏ
» » 10 min ailə özünüməşğulluqla əhatə olunacaq

10 min ailə özünüməşğulluqla əhatə olunacaq

Tarix:

1-08-2019, 08:21

/ 1 323 dəfə oxundu.
10 min ailə özünüməşğulluqla əhatə olunacaq

"Bu il 10 min ailənin Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır".

GunAz.az xəbər verir ki, bunu iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir cari ilin ilk 6 ayı ərzində proqramla bağlı 45 minə yaxın müraciət daxil olduğunu bildirib:

"Ötən il biz 6 min ailəni əhatə edə bildik və 6 min ailəyə mikro və kiçik biznesə başlaması üçün aktivlər təmin edildi. Sizin göstərişinizə əsasən, bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir. Artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər aktivlər əldə edib. Əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən təmin ediləcək".

S.Babayev Dünya Bankı ilə müzakirələrin yekun mərhələyə çatdığını qeyd edib:

"Sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan hökumətinə təqdim edəcək və gələn ildən bu layihəyə qoşulacaq. Ümumilikdə, layihənin ilkin göstəriciləri çox müsbətdir. Əlbəttə, ikiillik dövrün yekun monitorinqinin nəticələrini götürmək olar, amma, ilk altı ayın göstəriciləri göstərir ki, əhalinin bu proqrama həm böyük rəğbəti var, həm də bu mexanizmdən ciddi şəkildə yararlanır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ