SON DƏQİQƏ

Qusarda külli miqdarda narkotik məhv edildi

Tarix:

25-07-2019, 11:01

/ 1 298 dəfə oxundu.
Qusarda külli miqdarda narkotik məhv edildi

Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kəndi ərazisində yabanı halda bitmiş hündürlüyü 130 sm-ə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyindən GunAz.az-a verilən məlumata görə, həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ