SON DƏQİQƏ
» » DSX və polis Zaqatalada birgə əməliyyat keçirdi

DSX və polis Zaqatalada birgə əməliyyat keçirdi

Tarix:

16-07-2019, 10:31

/ 1 941 dəfə oxundu.
DSX və polis Zaqatalada birgə əməliyyat keçirdi

Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib.

Bu barədə GunAz.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ