SON DƏQİQƏ

FHN Bərdədə xüsusi təlim keçirdi

Tarix:

5-07-2019, 19:34

/ 1 255 dəfə oxundu.
FHN Bərdədə xüsusi təlim keçirdi

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 4-5-də Bərdə rayonunda - Alaçadırlı kəndində, 9 nömrəli dəmir-beton məmulatları zavodunda və dəmir yol stansiyasının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib.

GunAz.az xəbər verir ki, təlimdə FHN-in qurumlarının, regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbulu, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrinin daha da artırılması, şəxsi heyətin icra hakimiyyəti orqanlarının qüvvələri ilə birgə fəaliyyətdə xilasetmə, yanğınsöndürmə, eləcə də nəqliyyat və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsi olub.

Əvvəlcə təlimə cəlb edilmiş şəxsi heyətə müvafiq tapşırıqlar verilib. Plana uyğun olaraq, birinci mərhələdə şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə və davranış qaydaları barədə məlumatlandırılması, növbətçi qüvvələr cəlb edilməklə hadisəyə çevik reaksiya verilməsinin təşkili, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, idarəetmə və qarşılıqlı fəaliyyətin, kimyəvi və yanğın-partlayış təhlükəli obyektlərdə baş vermiş qəzalar, avtomobil və dəmir yolu nəqliyyatı qəzaları zamanı insanların xilas edilməsinin təşkili üzrə tədbirlər həyata keçirilib. İkinci mərhələdə zərərçəkənlərin ilkin həyat təminatının təşkili, obyektlərin və yol infrastrukturunun normal iş şəraitinə qaytarılması sahəsində tədbirlər uğurla yerinə yetirilib.

Təlimə FHN-in 186 nəfərlik şəxsi heyəti və 32 texnikası, həmçinin regiondan hərbiləşdirilməmiş 317 nəfərlik şəxsi heyət və 90 texnika cəlb olunub.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax yanğından mühafizə və qəza bərpa qatarlarının şəxsi heyəti də iştirak ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ