SON DƏQİQƏ
» » Millət vəkili aksiyaya qoşuldu: maaşından pul köçürdü

Millət vəkili aksiyaya qoşuldu: maaşından pul köçürdü

Tarix:

5-07-2019, 17:18

/ 2 046 dəfə oxundu.
Millət vəkili aksiyaya qoşuldu: maaşından pul köçürdü

Millət vəkili Aydın Mirzəzadə də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına qoşulub.

GunAz.az xəbər verir ki, bu barədə millət vəkilinin özü Feysbuk hesabında qeyd edib.

“Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Əli Əhmədovun təşəbbüsünə qoşularaq bu gün aylıq maaşımın bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna keçirdim”, - A.Mirzəzadə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov aylıq əməkhaqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna yatıracağını bildirərək, digər siyasi xadimlərin də dəstək aksiyasına qoşulması üçün çağırış etmişdi.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ