SON DƏQİQƏ
» » Ər-Riyada silah satışı dayandırılır: Senat razılaşdı

Ər-Riyada silah satışı dayandırılır: Senat razılaşdı

Tarix:

20-06-2019, 11:34

/ 1 868 dəfə oxundu.
Ər-Riyada silah satışı dayandırılır: Senat razılaşdı

ABŞ Senatında olan demokratlar və respublikaçılar Səudiyyə Ərəbistanına 8 milyard dollarlıq silah satışını qadağan edən qətnaməyə səs vermək barədə razılıq əldə ediblər.

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı demokrat senator Bob Menendes deyib. O, Senatda respublikaçıların lideri Miç Makkonellə razılıq əldə etdiklərini bildirib.

Qeyd edək ki, ABŞ senatorlarının bəziləri Ər-Riyada qarşı təzyiqlərin gücləndirilməsini tələb edirlər. Onlar buna əsas səbəb kimi Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasını, Yəmən müharibəsini, Qaşıqçı cinayətini göstərirlər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ