SON DƏQİQƏ
» » Bakının ədalətli mövqeyinin təbliğinə ehtiyac var - Dim

Bakının ədalətli mövqeyinin təbliğinə ehtiyac var - Dim

Tarix:

19-06-2019, 19:20

/ 1 894 dəfə oxundu.
Bakının ədalətli mövqeyinin təbliğinə ehtiyac var - Dim

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Məhməd Əli Dim iyunun 19-da Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Şuradan GunAz.az-a bildiriblər ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Parlament Jurnalistləri Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan baş direktora Azərbaycan-Türkiyə media əlaqələrinin hazırkı vəziyyəti barədə məlumat verib. Söhbət zamanı, həmçinin mövcud sahədə görüləcək işlərdən danışılıb. Qonağa Mətbuat Şurasının xaricdəki nüfuzlu media təşkilatları ilə əlaqələri barədə də məlumat verilib.

M.Ə.Dim Azərbaycana səfərinin məqsədləri barədə danışıb. Cəmiyyətin kifayət qədər geniş platforma olduğunu deyən sədr əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi məsələlərin, mövcud xüsusda Azərbaycanın ədalətli mövqeyinin, həmçinin turizm potensialının təbliği üçün qurumun daha sıx fəaliyyət göstərməsinə ehtiyac var. O, səfərin bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ