SON DƏQİQƏ
» » Magistraturada ixtisaslaşma seçiminə buraxılanların sayı açıqlandı

Magistraturada ixtisaslaşma seçiminə buraxılanların sayı açıqlandı

Tarix:

11-06-2019, 16:19

/ 1 884 dəfə oxundu.
Magistraturada ixtisaslaşma seçiminə buraxılanların sayı açıqlandı

2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ümumilikdə 8203 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, plan yerlərindən 3101 yer dövlət sifarişli, 5102 yer isə ödənişli təhsil üçün nəzərdə tutulub.

Bunlardan 5824 yer Azərbaycan bölməsi, 673 yer rus bölməsi, qalan 1706 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən, 7632 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.

скачать dle 12.1

Şərhlər