SON DƏQİQƏ
» » Azərbaycanda elektron əmtəə nəqliyyat qaiməsi sistemi istifadəyə veriləcək

Azərbaycanda elektron əmtəə nəqliyyat qaiməsi sistemi istifadəyə veriləcək

Tarix:

10-06-2019, 18:49

/ 1 393 dəfə oxundu.
Azərbaycanda  elektron əmtəə nəqliyyat qaiməsi sistemi istifadəyə veriləcək

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) elektron əmtəə nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı iş aparır.

GunAz.az xəbər verir ki, bunu DANX-ın rəisi Həbib Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu sistem gələn il istifadəyə veriləcək: “Elektron əmtəə nəqliyyat qaiməsi sistemi yük alan, yük götürən və yük daşıyıcını vahid elektron məkanda birləşdirəcək. Yəni, sahibkarlar yükdaşıma prosesinə elektron nəzarət edə biləcək”.

Qeyd edək ki, elektron əmtəə nəqliyyat qaiməsi sistemi işə düşdükdən sonra DANX yükün dövriyyəsinə nəzarət edə biləcək. Sahibkarlar yükdaşıma prosesini nəzarətdə saxlaya biləcək, eyni zamanda tərəflər özlərini vahid elektron məkanda görə biləcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ