SON DƏQİQƏ
» » Bu il 10 minədək ailə özünüməşğulluq proqramına cəlb ediləcək

Bu il 10 minədək ailə özünüməşğulluq proqramına cəlb ediləcək

Tarix:

1-06-2019, 15:22

/ 2 011 dəfə oxundu.
Bu il 10 minədək ailə özünüməşğulluq proqramına cəlb ediləcək

Cari ildə 10 minədək ailə özünüməşğulluq proqramına cəlb ediləcək.

GunAz.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) keçirdiyi işgüzar naharda deyib.

Nazir ölkəmizdə ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, sosial təminat sistemi üzrə e-xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üçün aparılan işlər, əlilliyin qiymətləndirilməsi, əmək müfəttişliyi sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahələrində həyata keçirilən islahatlar barədə danışıb.

"AmCham Azərbaycan"ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov ölkəmizdə genişmiqyaslı sosial islahatlar paketinin icra olunduğunu bildiriblər.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ