SON DƏQİQƏ
» » Paşinyan bəla oldu: ermənilərin deportu başladı

Paşinyan bəla oldu: ermənilərin deportu başladı

Tarix:

31-05-2019, 14:50

/ 1 855 dəfə oxundu.
Paşinyan bəla oldu: ermənilərin deportu başladı

Almaniya hökuməti erməni miqrantların kütləvi deportasiyasına başlayıb.

GunAz.az xəbər verir ki, bu məlumatı “İravunk” qəzeti yayıb.

“Cari ilin yanvarından mayına qədər təxminən 250 erməni Almaniyadan Ermənistana deport edilib. Berlin həmçinin Almaniyadan daha 160 ermənini geri göndərməyi planlaşdırır. Kütləvi deportasiyanı Almaniya hökuməti Ermənistanda baş verən inqilabla əlaqələndirir. Öz gələcəklərini Almaniya ilə əlaqələndirən, amma Nikol Paşinyanı aktiv şəkildə dəstəkləyən ermənilər indi bu hərəkətlərinə görə peşman olublar. Onlar hadisələrin belə inkişafını gözləmirdilər”, – məqalədə bildirilib.

Belçikada olan erməni miqrantlar üçün də analoji situasiyanın təkrarlanması gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ