SON DƏQİQƏ
» » Mən də sizi gözəl sandım, doğma bildim... – Kamal Abdulla

Mən də sizi gözəl sandım, doğma bildim... – Kamal Abdulla

Tarix:

29-05-2019, 21:04

/ 1 399 dəfə oxundu.
Mən də sizi gözəl sandım, doğma bildim... – Kamal Abdulla

Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə "xalq yazıçısı" adına layiq görülən ADU-nun rektoru, akademik, tanınmış yazıçı Kamal Abdulla müraciət yayıb.

Kult.az xalq yazıçısının müraciətini təqdim edir:

"Əziz dostlar!

Bir neçə gündür ünvanı mənə yönəlmiş xoş sözlərinizə, isti təbriklərinizə görə təşəkkür etməyi özümə borc bildim. Cənab Prezidentimizin mənə olan yüksək etimadının, böyük dəyərinin sevincini tək yaşamadım. Oxucularımın, dost-doğma bildiyim insanların çoxsaylı zəngləri və məktubları məni bir daha əmin etdi ki, bizi təkcə sözün və ədəbiyyatın qüdrəti yox, həm də insanlığın möhtəşəm təntənəsi birləşdirir.

Mənim layiq görüldüyüm “Xalq yazıçısı” yüksək adı yaradıcılığıma verilən ali qiymətdir. Bu şərəfli adı Azərbaycan ədəbiyyatında həqiqi imzası olan böyük yazıçılarımız ləyaqətlə daşıyıblar. Onların mənəvi davamçısı olmaq, Azərbaycan dövlətinin fəxri adını daşımaq bir yazıçı kimi mənim üçün böyük qürurdur. Eyni zamanda digər həmkarlarımın, qələm dostlarımın fəxri adlara layiq görülməsini böyük sevinclə qarşıladım. Bu, bir daha sübut edir ki, Azərbaycan dövləti, möhtərəm cənab Prezidentimiz öz qəlbində ədəbiyyata, sözə, mədəni-mənəvi dəyərlərimizə böyük ehtiram və sevgi yaşadır.

Əziz dostlar, Sizin xoş sözlərinizə layiq olmağa hər zaman çalışmışam və əlbəttə, bu hər zaman belə də olacaq. Mənə olan diqqətinizə, sevginizə və sevincinizə görə minnətdaram. İnsan sevəndə və sevinəndə gözəldir. Mən də sizi müdam gözəl sandım, işıqlı gördüm, doğma bildim!"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ