SON DƏQİQƏ
» » Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib

Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib

Tarix:

29-05-2019, 13:16

/ 1 403 dəfə oxundu.
Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllü gəncləri və Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu əməkdaşlarının iştirakı ilə Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib.

Qeyd edək ki, Daşgil Palçıq Vulkanı ETSN-nin Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu siyahısına daxil deyil və ərazi nəzarətdən kənarda qaldığı üçün müxtəlif növ tullantılarla çirklənməyə məruz qalır.

GunAz.az ETSN-ə istinadən xəbər verir ki, iməcilikdə palçıq vulkanının ərazisi müxtəlif növ tullantılardan təmizlənib, 500 kq-dan artıq plastik tullantı isə toplanaraq Qaradağ MKTB-nin Sanitar Təmizlik İdarəsinə təhvil verilib.

Nazirlik vətəndaşlara müraciət edir ki, Daşgil Palçıq Vulkanı ərazisini tullantılarla çirkləndirməsinlər, əraziyə gedərkən ətrafı təmiz saxlasınlar. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ