SON DƏQİQƏ
» » Keşikçidağla bağlı görüş Bakıda olacaq - Darsalia

Keşikçidağla bağlı görüş Bakıda olacaq - Darsalia

Tarix:

10-05-2019, 22:57

/ 239 dəfə oxundu.
Keşikçidağla bağlı görüş Bakıda olacaq - Darsalia

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk iclası Bakıda keçiriləcək.

Report xəbər verir ki, bu barədə komissiyanın Gürcüstan tərəfindən olan sədri, xarici işlər nazirinin müavini Laşa Darsalia azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O, mayın 14-də Bakıya səfər edəcəyini bildirib: “Mayın 15-də komissiyanın ilk iclası baş tutacaq. Mən azərbaycanlı həmkarımla görüşəcəm. Biz çətin, lakin həlli mümkün olacaq məsələni müzakirə edəcəyik”.

L.Darsalia qeyd edib ki, hazırkı mərhələdə Gürcüstan tərəfindən komissiyada dövlət qurumları ekspertlər səviyyəsində təmsil olunublar.

XİN rəsmisi bildirib ki, Gürcüstan-Azərbaycan münasibətlərində heç bir problem yoxdur: “Ölkələr arasında müzakirə olunan məsələlər var. Əminəm ki, hər iki ölkə bir-birinin maraqlarını nəzərə alaraq, istənilən məsələni yoluna qoya bilər”.

Qeyd edək ki, Gürcüstan hökumətinin bugünkü iclasında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibi təsdiqlənib.

скачать dle 12.1

Şərhlər