SON DƏQİQƏ
» » "Müstəqil ölkədə başqa dilin təbliğatı yolverilməzdir" - Azər Həsrət

"Müstəqil ölkədə başqa dilin təbliğatı yolverilməzdir" - Azər Həsrət

Tarix:

1-05-2019, 21:52

/ 267 dəfə oxundu.
"Müstəqil ölkədə başqa dilin təbliğatı yolverilməzdir" - Azər Həsrət

Son zamanlar təhsil sistemində yeniliklər və dil məsələsi sosial mediada müzakirə obyektinə çevrilib. Əməkdar jurnalist Azər Həsrət Eurasia Diary-yə rus dilinin təbliğatı və din dəsrləri ilə bağlı fikirlərini paylaşıb.

Qeyd edək ki, bir neçə həftə əvvəl Azər Həsrət şəxsi Facebook hesabı ilə rus dilində təhsili kəskin tənqid edib. Onun bu paylaşımı bir çox şəxslər tərəfindən yanlış anlaşılaraq tənqidlərlə üzləşib.

"Mənim rus dili ilə bağlı fikrim bir çoxları tərəfindən səhv anlaşılmışdı və bu məsələdə mən özümü təqsirkar hesab edirəm. Yəni, günah onlarda deyil məndədir ki, mən öz fikrimi düzgün ifadə edə bilməmişəm. Lakin diqqət çəkən məqam odur ki, fikrin mahiyyətinin müzakirəsi deyil tamam başqa bir kompaniya aparılırdı", - deyə əməkdar jurnalist bildirib.

O, bunu uzun illərdir ki, Azərbaycana  təlqin edilən yanlış fikrə etiraz olaraq söylədiyini bildirib. Beləki, Azər Həsrət hesab edir ki, insanlar yanlış olaraq düşünür ki, rus sektorunu oxuyanlar daha intelektual olur, əslində isə bu Azərbaycan kimi müstəqillik qazanmış dövlətin təməllərini sarsıtmağa xidmət edir.

"Biz milli özünü dərk mərhələsindəyik və bu kimi ölkədə tarixən bizi işğal etmiş ölkənin dilinin üstünlüyünü yaymaq dövlətçiliyimizə ziyandır. Görünür ki, bu fikrimi bir çox Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr anlamışdılar, lakin onlar bu fikri fərqli kontekstdə təqdim etdilər. Misal üçün onlar yazdılar ki, guya Azər Həsrət rus dilliləri pozğun adlandırıb, hansı ki, mən səhfəmdə bu sözdən istifadə etməmişdim. Bununla onlar mövzunu digər istiqamətə yönəltməyə çalışıblar", əməkdar jurnalist söyləyib.

"Mən düşünürəm ki, Azərbaycan heç bir xarici dilin təsiri altında olmamalıdır. Müstəqil ölkədə başqa dilin təbliğatı yolverilməzdir. Mən insanların xarici dilin öyrənilməsinə və xarici dildə təhsil almasına qarşı deyiləm, bu proses zamanı Azərbaycan dilinin arxa plana düşməsinin əleyhinəyəm", Azər Həsrət vurğulayıb.

Azər Həsrət bildirir ki, hər bir vətəndaş Azərbaycan dilini bilməyə borculudr. Xarici dillərdə təhsil bizim xeyrimizədir, lakin bu ana dilimizin sıxışdırılması hesabına olmamalıdır.

Rus dilinin dominantlığının müzakirəsi isə böyük ayıbdır, çünki bu məsələ çoxdan həllini tapmalı idi, deyə əməkdar jurnalist hesab edir.

"Biz isə hazırda bu dildə təhsilin vacibliyini müzakirə edirik. Övladlarını rus dili sektoruna qoyan vətəndaşların bəziləri ölkəni tərk etməyi hədəfləyib. Əgər problem varsa ondaq qaçmaq deyil, həll etmək lazımdır".

"Mənim qorxum budur ki, nəzəri olaraq Rusiya ölkəmizə təzyiq göstərsə hətta işğala cəhd etsə onların əksəriyyəti əlində ağ bayraq ilə rusları qarşılayacaq. 1920-ci ildə 11-ci Qırmızı ordu Bakıya daxil olanda Əli Heydər Qarayevlər, Çingiz İldırımlar onları ağ bayraqla qarşılayıblar. Rus təhlükəsi qarşısında ağ bayraq qaldıran nəslin yetişmə təhlükəsi məni çox narahat edir", Azər Həsrət qeyd edib.

"Rus dilli məktəblərdə Rusiyanın möhtəşəmliyi aşılanır, əgər dil öyrədilirsə sadəcə təhsilin dili rus dili olsun. Rus dili Azərbaycan sektorlarında intensiv öyrənilməsinin qarşısına deyiləm əksinə tərəfdarıyam, lakin hansısa dövlətin möhtəşəmliyinin təbliğinin yox".

O, valideyinlərin rus dilini bilmədiyi halda övladlarının rus dilli məktəbə qoymasına da münasibət bildirib: "Ailələrində rus dilini bilən olmadığı halda övladlarını rus sektoruna qoyan valideyinlərdən bunun səbəbini soruşdum. Onlar isə bu addımlarını Azərbaycan sektorunda təhsilin zəifliyi ilə izah etdilər. Gəlin nəzərə alaq ki, təhsil alanların 90%-dən çoxu Azərbaycan sektorunda təhsil alır, demək ki, bizim dövlət idarəçiliyində işləyənlərin əksəriyyəti bu sektorda təhsil alıb. Bu fikir sadəcə küy yaradıb".

Azər Həsrətin fikirlərinə görə yaxın on ildə rus dilinin təsiri kəskin azalacaq. "Təbii olaraq rus dilində təhsil verən kadrların sayı azalır, çünki onların əksəriyyəti SSRİ dövründə təhsil alanlardır. Köhnələr gedir, yenilər onların yerini doldurmurlar".

"Mən insanlara səslənərək deyirəm ki, onların övladlarına on il sonra əmək bazarında tələbat olmayacaq. Nəticədə xarici ölkələrə köçmək məcburiyyəti yaranacaq."

"Azər Həsrət din haqqında təhsilin verilməsinə toxunaraq bu ideyanı dəstəklədiyini söyləyib. Uşaqlara din bilgiləri öyrədilmədikdə onların beyinlərində bu hissə boş qalır. Zaman keçdikdə isə bu boşluqdan bəzi qüvvələr istifadə edə bilər", deyə Azər Həsrət bildirib.

O hesab edir ki, fanatik dini bağları olmayan dünyəvi müəllimlər tərəfindən keçirilməlidir. Ümumilikdə isə bütün dinlər haqqında biliklər verilməlidir.

"Bu uşaqlar bəlli bir yaşdan sonra dini manipulyasiyaya məruz qalmayacaq", deyə Azər Həsrət fikrini tamamlayıb

 

скачать dle 12.1

Şərhlər