SON DƏQİQƏ

Faiq Ağayevə vəzifə verildi

Tarix:

27-04-2019, 10:12

/ 10 212 dəfə oxundu.
Faiq Ağayevə vəzifə verildi

Xalq artisti Faiq Ağayevə yeni vəzifə verilib.

Oxu.az xəbər verir ki, sənətçi “Azad Azərbaycan”(ATV) televiziyasında Bədii Şuraya üzv seçilib.

Bu barədə Ağayevin özü şəxsi Feysbuk hesabında yazıb.

“ATV-nin Bədii Şurası ilk iclasını keçirdi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış probləmlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi.

Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığa, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ