SON DƏQİQƏ
» » “Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformu”nun AÇILIŞ BƏYANATI

“Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformu”nun AÇILIŞ BƏYANATI

Tarix:

15-04-2019, 15:00

/ 10 195 dəfə oxundu.
“Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformu”nun AÇILIŞ BƏYANATI

 

Hörmətli media mənsubları və dəyərli tədbir iştirakçıları:

Güney Azərbaycanda yaşayan Türk Millətinin içində bulunduğu şərtlər, Güney Azərbaycan siyasi quruluşlarının yaxınlaşması və işbirliyini həyati bir zərurət halına gətiribdir.

Artıq hamıya bəllidir ki Orta Doğu son dərəcə kritik durumda, İran adlanan ölkəyə hakim olan geriçi və diktatura rejimi olduqca kritik günlər yaşamaqda və gələcəkdə bölgəmizdə ciddi çalxantılar gözlənməkdədir.

Bu gün İran İslam Cümhuriyyətinin diktatura və zülmü sonucunda Güney Azərbaycanın iqtisaddiyatı çökmüş; işsizlik, yoxsulluq və məcburi köç pik həddə çatıbdır. Azərbaycan Türk Millətinin tarixi, mədəniyyəti, mənəviyyatı və milli mirası kimi, Güney Azərbaycanın doğası və coğrafiyası da yox olmaq təhlükəsi ilə qarşı qarşıya qalıbdır. İran İslam cümhuriyyətinin həyata keçirdiyi terror yanlısı və aqressiv siyasətlər nəticəsində və rejimin içinə düşdüyü iqtisadi, ideoloji və siyasi çöküş sürəci səbəbi ilə hər an ölkə ciddi bir xaos içinə düşə bilər.

Aydındır ki bu durumda Güney Azərbaycanda Türk Milləti təxmin edilməsi çox da çətin olmayan zorluqlarla üz üzə qalacaqdır və bu çətinliklərə daha indidən çarə düşünmək Güney Azərbaycan Milli Hərəkatınin boynunun borcudur.

Bu səbəblə bu Əməkdaşlıq Platformuna qatılan Güney Azərbaycanın siyasi quruluşları, bir tarixi məsuliyyətin zorunluluğunu hiss edərək müəyyən ilkə və şərtlər əsasında işbirliyi və ortaq çalışma qərarına gəlmiş bulunmaqdadırlar.

Hər kəsə məlum olduğu üzrə; “Güney Azərbaycan Milli Hərəkəti” bir əsirdən artıq özgürlükçülük, qanunçuluq, çağdaşçılıq və öz müqəddəratına hakim olmaq mübarizəsi verən bir sürəcin davamı və varisidir. “Güney Azərbaycan Milli Hərəkəti” doğası etibarı ilə mədəni və demokratik bir mücadələdir. Bu münasibətlə, bu hərəkətin bir parçası və alt birimi olan bu platform da qlobal insan haqları və demokratiya normlarına inanmaqda və ona görə mübarizəsini yürüdəcəkdir.

Bu platform Güney Azərbaycanda tarixən məskun olan Türk millətinin beynəlxalq qanun və sənədlərdə qəbul edilmiş insani və toplumsal haqq və özgürlüklərinin tamamının, o cümlədən, düşünmə və ifadə özgürlüyü, qadın və uşaq haqları, işçi və çalışan haqları; etnik, inanc və cinsəl azlıq haqları və təşəkküllənmə haqqının həyata keçirilməsi üçün bir ortaq düşünmə və çalışma mexanizmasıdır.

Biz bu platforma üzv olan təşkilatlar olaraq inanırıq ki Güney Azərbaycan Türklüyünün milli özgürlüyü və gələcəyinin təminatı yalnız milli qurtuluşdan keçir. Yüz ildən artıqdır ki Türk Milləti Güney Azərbaycanda fərqli yollarla öz müqəddəratına hakim olmaq istəmiş və öz müstəqil iradəsiylə özünü yönətmək istəmişdir. Bunun üçün də neçə böyük təşəbbüsdə bulunmş, yalnız hər dəfəsində geriçi güclər millətimizi qanla boğmuşdur. Bütün o acı amma öyrədici təcrübələrin kölgəsində, bu gün də Azərbaycan Türk Milləti öz müstəqil iradəsinə dayanaraq öz gələcəyinə hakim olmaq istəyirlər.

Bu platforma qatılan quruluşlar çağdaş və kürəsəl qanun və sənədlərə dayanaraq Güney Azərbaycanda Türk Millətinin öz müqəddəratına hakim olmasını istəməkdə və bu yolda zamanın şərtlərinə görə çeşidli alternativlərin üstündə durula biləcəyinə inanmaqdadırlar.

 

Hörmətli Azərbaycan və dünya ictimaiyyətı:

Bu gün bu tədbir vasitəsilə “Azərbaycan Siyasi Quruluşlarının əməkdaşlıq Platformu”nun işə başladığı Azərbaycan və dünya ictimaiyyətınə elan edirik.

Əlbəttə ki bu platform üç quruluşla işə başlasa da bu tədbiri bir başlanğıc olaraq qəbul edir və bütün Güney Azərbaycan quruluşlarını əməkdaşlığa çağırır. Bu platform başda Güney Azərbaycan quruluşlarının da bu ortaq çalışmaya qatılmaları üçün əlindən gələni əsirgəməyəcəkdir.

  

Platform üzvləri:

Azərbaycan Öyrənci Hərəkəti - AZOH

Azərbaycan Milli Dirəniş Təşkilatı - DİRƏNİŞ

Güney Azərbaycan Demokrat Partiyası – GADP

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ