SON DƏQİQƏ
» » Bakıda iki ayda əhali ərzaq, içki və tütün məmulatlarına 1,3 milyard manatdan çox pul xərcləyib

Bakıda iki ayda əhali ərzaq, içki və tütün məmulatlarına 1,3 milyard manatdan çox pul xərcləyib

Tarix:

11-04-2019, 11:15

/ 10 228 dəfə oxundu.
Bakıda iki ayda əhali ərzaq, içki və tütün məmulatlarına 1,3 milyard manatdan çox pul xərcləyib

Bu ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 2 milyard 984,6 milyon manat olub.

GunAz.az-ın məlumatına görə, pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1371,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz artaraq 1612,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 57,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ