SON DƏQİQƏ
» » Aprel döyüşlərində əlil olanların müavinət və təqaüdləri ilə bağlı - AÇIQLAMA

Aprel döyüşlərində əlil olanların müavinət və təqaüdləri ilə bağlı - AÇIQLAMA

Tarix:

2-04-2019, 11:10

/ 10 213 dəfə oxundu.
Aprel döyüşlərində əlil olanların müavinət və təqaüdləri ilə bağlı - AÇIQLAMA

Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər 100 faizədək artırılıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilib. 

Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılıb.

Bu sahədə növbəti mühüm addım kimi 2019-cu il fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb. Eləcə də, müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən, Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də cari il aprelin 1-dən 100 faizədək artırılıb. 

Eyni zamanda, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərilir. Belə ki, Heydər Əliyev Fondunun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı reabilitasiya məhsulları ilə təmin ediliblər. 

Aprel döyüşlərində şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ