SON DƏQİQƏ

Sarkisyanın qardaşı Paşinyanın hədəfində

Tarix:

7-03-2019, 11:01

/ 10 230 dəfə oxundu.
Sarkisyanın qardaşı Paşinyanın hədəfində

“Xalqı talan edən günahkarlar dövlətə “hədiyyə” verməklə məsuliyyətdən qaça bilməyəcəklər”. GunAz.az-ın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə erməni baş nazir Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın qardaşı, irimiqyaslı fırıldaqçılıqda ittiham olunan keçmiş deputat Aleksandr Sarkisyanın büdcəyə 18,5 milyon dollar qaytarmasını şərh edərkən bildirib.

“Mən indiyə qədər kiminsə külli miqdarda pul ödəməklə məsuliyyətdən boyun qaçırması vəziyyəti ilə rastlaşmamışam. Yalnız bir şey deyə bilərəm: Günahı sübut olunan istənilən şəxs cəzadan qaça bilməyəcək”, -deyə o, söyləyib.

Paşinyan xalqdan oğurlanmış hər bir qəpiyin büdcəyə qaytarılmalı olduğunu qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ