SON DƏQİQƏ
» » Martın mülayim havasına aldanmayın - Kəskin dəyişə bilər

Martın mülayim havasına aldanmayın - Kəskin dəyişə bilər

Tarix:

1-03-2019, 16:23

/ 10 284 dəfə oxundu.
Martın mülayim havasına aldanmayın - Kəskin dəyişə bilər

Mart ayının havasının dəyişkənliyi kimi stabil heç nə yoxdur.

GunAz.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, bu, mülayim enliliklərdə siklon və antisiklonların aktivləşməsi ilə bağlıdır. 

U.Tağıyevanın sözlərinə görə, tez-tez bir-birini əvəz edən siklon və antisiklonlar nəticəsində fərqli meteoroloji şərait yaranır.

“O cümlədən, səth örtüyü, relyef, dağ silsilələri, Xəzər dənizi ölkə ərazisinə daxil olan hava kütlələrinin xüsusiyyətlərinin dəyişməsinə, transformasiya olunmasına səbəb olur. Bu proseslər sinoptiklər üçün ən şıltaq ay olan martda özünü daha qabarıq görtərir.

Xoş, güləşli mülayim yaz havası ani olaraq soyuq hava şəraiti ilə əvəz olunur. Bu mart ayı da istisna olmayacaq. Bu ayın səciyyəvi cəhəti şimal və cənub-qərb istiqamətli küləklərinin tez-tez bir-birini əvəz etməsi, onların güclənməsi olacaq. Ümid edirik ki, bu əhalinin bahar əhval-ruhiyyəsinə təsir etməyəcək”, - o deyib. 

Departament direktoru əlavə edib ki, havanın temperaturu çox da nəzərə çarpmayan müsbət və mənfi fərqlərlə iqlim norması daxilində tərəddüd edəcək:

“Səhər evdən çıxanda mülayim hava şəraiti sizi aldatmasın, o, gün ərzində kəskin dəyişə bilər. Yağıntılar isə ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər”.

U.Tağıyeva bildirib ki, çoxillik məlumatlara görə, axırıncı onilliklərdə ən isti mart ayı 2002-ci ildə müşahidə edilib, bu zaman orta aylıq temperatur iqlim normasından 3,8 dərəcə yüksək olub. 

“Martda havanın ən yüksək temperaturu isə 2008-ci ildə ayın 26-da 31 dərəcə müşahidə edilib. Bu, əsl yay temperaturu idi. 2014-cü ildə martın 29-dan 30-na olan tarixdə isə havanın temperaturu kəskin dəyişib, 13-18 dərəcə enib və Bakıda cəmi 0,9 dərəcə olub. Belə sürprizlər mart ayı üçün nadir hadisə deyil”, - o qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ