SON DƏQİQƏ
» » Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

Tarix:

13-02-2019, 20:32

/ 10 722 dəfə oxundu.
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

Fevralın 13-ü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd olunur.

Bu münasibətlə Sabunçu rayonunda Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd olundu. İH-nin sektor müdiri Ədalət Teymurov, Sabunçu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Rövşən Babayev Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin (AzQMAVŞAİB) Sabunçu rayon filialının sədri Zülfüqar Cəfərov Xidmətin əməkdaşları, müharibə veteranları, əlilər və ictimaiyyətin iştirak etdiyi tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun Sabunçu ictimaiyyətinə təbriki oxundu. Sonra Ədalət Teymurov əsas məqsədin çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması olduğunu bildirdi: “Dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə əvvəlki illərdə də ciddi nailiyyətlər əldə edib, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atıb. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir".

Rövşən Babayev Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artmışı, silahlı qüvvələrimizin öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer almasından danışdı:

"Səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Sözügedən prosesi həyata keçirən qurum bir növ ordu ilə cəmiyyət arasında körpü rolunu oynayır".

Zülfüqar Cəfərov çıxışında xidmətin rayon idarəsi ilə daimi sıx əməkdaşlıqlarından söz açaraq müharibə iştirakçılarına göstərilən diqqəti təqdirəlaiq hesab etdi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Rövşən Babayev tərəfindən xidmətdə fərqlənən əməkdaşlara qiymətli hədiyyələr və AzQMƏVŞA İB bir neçə üzvünə fəxri fərmanlar təqdim edildi. 

Saytımızın Baş redaktoru Bilman Allahverdiyevdə fəxri diplomla təltif edildi.

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

 

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

 

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

 

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

 

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

 

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

 

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

 

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 7 yaşını qeyd edir

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ