SON DƏQİQƏ
» » Parkinqlərdən yığılan pullar qanunsuzdur – Agentlik rəhbərindən İTTİHAM

Parkinqlərdən yığılan pullar qanunsuzdur – Agentlik rəhbərindən İTTİHAM

Tarix:

22-01-2019, 19:16

/ 10 304 dəfə oxundu.
Parkinqlərdən yığılan pullar qanunsuzdur – Agentlik rəhbərindən İTTİHAM

“Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan araşdırılmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib”.

GunAz.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib:

“Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyətilə Dövlət Yol Polisi İdarəsilə danışıqlar gedir”.

Qurum rəsmisi bildirib ki, hələlik parkinq qiymətləri müəyyənləşməyib:

“Bizim tərəfimizdən Nazirlər Kabinetinə təkliflər verilib. Burada Bakınin mərkəzindəki parkinqlərlə şəhər kənarındakı parkinqlərdə qiymətlər eyni olmayacaq. Eyni zamanda, gecə saatlarında parkinqlərin ödənişsiz olması nəzərdə tutulub. Gündüz saatlarda parkinqlər 2 saatdan sonra ödənişli olacaq. Hələlik yeraltı parkinqlərin də təhvil-təslimi davam edir.

Təbii olaraq qiymətlərə baxılacaq. Çünki əvvəlki qirumun müəyyən etdiyi qiymətləri saxlaya bilmərik. Bəziləri sosial şəbəkələrdə bildirir ki, parkinq qiymətləri bahalaşıb. Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 aya avtomobil üçün 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir”.

V. Kərimli bildirib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur: “Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təstiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik”.  /Modern.az/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ