SON DƏQİQƏ
» » Səhiyyə naziri hava şəraiti ilə əlaqədar tapşırıq verdi

Səhiyyə naziri hava şəraiti ilə əlaqədar tapşırıq verdi

Tarix:

16-01-2019, 16:08

/ 10 258 dəfə oxundu.
Səhiyyə naziri hava şəraiti ilə əlaqədar tapşırıq verdi

Səhiyyə naziri Oqtay Şirəliyev gözlənilən təhlükəli hava şəraiti ilə bağlı göstəriş verib.

GunAz.az xəbər verir ki, nazir əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. 

Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.

Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ