Bu ilin yanvarın 1-dən etibarən Vergilər Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi bankların fiziki şəxslərə lizinq vermək imkanlarını da məhdudlaşdırıb.
GunAz.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Məcəllənin 140.1-ci maddəsinə edilən dəyişikliyə görə, banklar fiziki şəxslərə lizinq verə bilməz. Lizinq hüquqi və fərdi sahibkarlara veriləcək.
Yeni dəyişikliyin mahiyyətini şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bundan sonra maliyyəni yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ala bilərlər: “Yəni, adi vətəndaş əgər sahibkar kimi uçotda durmayıbsa, lizinq götürə bilməz. Əvvəllər belə bir qadağa yox idi. Elə buna görə də mobil telefondan tutmuş şəxsi məqsədlər üçün avtomobil almaq istəyənlər lizinqə üz tuturdular.