SON DƏQİQƏ
» » Bakı polisi bu şəxslə bağlı əhaliyə müraciət etdi – Foto

Bakı polisi bu şəxslə bağlı əhaliyə müraciət etdi – Foto

Tarix:

25-12-2018, 17:17

/ 10 296 dəfə oxundu.
Bakı polisi bu şəxslə bağlı əhaliyə müraciət etdi – Foto

Bakının Səbail rayonunda 14 mənzildən oğurluq edən şəxs həbs edilib.

GunAz.az xəbər verir ki, rayonun Bayıl qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq mənzildən dəyəri 9000 manat olan qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb.

Bu barədə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Qaradağ rayon sakini Fuad Fərəcov saxlanılıb.

Fuad Fərəcovun ətrafında bölmə əməkdaşlarının keçirdikləri əlavə tədbirlərlə onun Səbail rayonu ərazisində müxtəlif vaxtlarda 14 mənzildən oğurluq etdiyi məlum olub.

Saxlanılan şəxs ifadəsində mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.

Fuad Fərəcov barəsində 8-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Səbail rayon Polis İdarəsinə və ya 8-ci polis bölməsinə müraciət edə bilərlər.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ