SON DƏQİQƏ
» » BDU-nun rektor əvəzi vəzifəsinin icrasına başladı

BDU-nun rektor əvəzi vəzifəsinin icrasına başladı

Tarix:

24-12-2018, 13:56

/ 10 284 dəfə oxundu.
BDU-nun rektor əvəzi vəzifəsinin icrasına başladı

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.
GunAz.az bildirir ki, bu barədə Qaynarinfo-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. 
O, dekabrın 22-də universitetin prorektorları və müşavirlərlə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.
Qeyd edək ki, təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq. 
Xatırladaq ki, prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.
скачать dle 12.1

Şərhlər