SON DƏQİQƏ

5 ildə şagirdlərin sayı nə qədər artıb?

Tarix:

18-12-2018, 12:45

/ 10 287 dəfə oxundu.
5 ildə şagirdlərin sayı nə qədər artıb?

Son 5 ildə birinci siniflərə qəbulda artım dinamikası müşahidə olunub.

Təhsil Nazirliyindən GunAz.az -a verilən məlumata görə, 2013-cü ildə bu göstərici 138 min olubsa, bu il birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib. Eyni zamanda 2013-cü illə müqayisədə şagirdlərin sayı 230 mindən çox artaraq 1 milyon 500 min nəfəri ötüb. Bundan başqa, 2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanılıb. 

Cari tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da 9-11-ci siniflərdə təhsil alanların 28 faizini təşkil edir. 

Qeyd olunub ki, son illərdə bütün imtahan fənlərindən müsbət qiymət almış 9-cu sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ