SON DƏQİQƏ

Övlad tərbiyəsində mühüm tövsiyə

Tarix:

2-12-2018, 08:37

/ 10 402 dəfə oxundu.
Övlad tərbiyəsində mühüm tövsiyə

Övlad tərbiyəsi həm ailə, həm də ictimai bir məsələ olaraq çox mühüm mövzulardandır.

Bir fərdin yetişib, formalaşması üçün ailə tərbiyəsi ən əsas amillərdəndir. İnsan fiziki baxımdan zaman zaman böyüdüyü kimi, ruhani və mənəviyyat baxımından da böyüyür. Validen övladın fiziki sağlamlığına diqqət etdiyi kimi, əxlaq və tərbiyyəsini də diqqətdə saxlamalıdır. Həmçinin unutmamalıdır ki, bu sahədə övlad üçün ən bariz örnək məhz valideyn özüdür. İlkin dövürlərdə uşaq sanki valideyni təqlid edir, onu özünə örnək bilir və valideyninin hər sahədə haqlı olduğunu düşünür. Bu səbəbdən həmin dövürlər uşaqlar üçün ən həssas dövr hesab olunur.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, İmam Sadiq (ə) bu mətləbə işarə edərək valideynlərə öz davranış və danışıqlarında diqqətli olmağı tövsiyyə edir:

Əgər uşaqlara bir şey söz versəniz ona əməl edin. Onlar sizi öz qaziqləri (ruzi verənləri) hesab edirlər. Allah Təala uşaqların və qadınların haqqına təcavüz etməyə qəzəb etdiyi kimi başqa bir şeyə qəzəblənməz (Əl-Kaf- 6. Səh-58).

Hədisdən göründüyü kimi uşaqlar validenlərini hər sahədə haqlı bilirlər. Uşaq böyüyüb dünyanı dərk edənə qədər valideyninə oxşamağa çalışır. Valideynin hər danışığı və hərəkəti onun üçün nümünə olur. Buna görə uçağı sözlə tərbiyyə etməylə yanaşı rəftarla da tərbiyyə etmək lazımdır.

Valideyndə halallıq və dürüstlük görən uşaq, mütləq bu keyfiyyətlər onun gələçək həyatında öz izini qoyacaqdır. Həmçinin bunun əksi də, yalan və digər mənfi hallar uşağın fərd kimi yetişməsində mənfi təsir qoyacaqdır.Qurani Kərim bu mövzuya toxunaraq buyurur:

Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ