SON DƏQİQƏ
» » Azərbaycanlı ekstrasens Rusiyada yüksək vəzifə alır?

Azərbaycanlı ekstrasens Rusiyada yüksək vəzifə alır?

Tarix:

28-11-2018, 00:14

/ 10 412 dəfə oxundu.
Azərbaycanlı ekstrasens Rusiyada yüksək vəzifə alır?

Moskva şəhər Dumasının deputatı, ictimai birliklər və dini təşkilatların işi üzrə komissiyanın sədri Anton Paleyev Rusiyada Maqlar Assosiasiyası təsis etmək barədə təklif irəli sürüb.

GunAz.az xəbər verir ki, Anton Paleyev peşəkar ekstrasenslərlə şarlatanları ayırd etmək üçün belə bir qurum yaratmağın vacib olduğunu söyləyib

Bu təklif səsləndirildikdən sonra sosial şəbəkə istifadəçiləri azərbaycanlı ekstrasens Zirəddin Rzayevin bu quruma rəhbərlik etməsini təklif ediblər. Məşhur ekstrasens bildirib ki, Maqlar Assosiasiyası yaradılsa belə, o, rəhbər olmaq fikrində deyil.

Zirəddin Rzayev Rusiya mətbuatına verdiyi müsahibədə deputat Paleyevin təklifinin yaxın gələcəkdə reallaşa biləcəyini də qeyd edib.

Zirəddin Rzayev "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır .(Oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ