SON DƏQİQƏ

Danışır BAKI...

Tarix:

6-11-2018, 09:12

/ 10 306 dəfə oxundu.
Danışır BAKI...

6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 

Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 2011-ci ildə növbəti qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq olunub. Təbii ki, yeni yayım sisteminə keçid üzrə ən əsas qərar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” oldu.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.

 

İlk olaraq, 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb.

 

 

Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, “Azerspace peyki) yayımlanır.

скачать dle 12.1

Şərhlər