SON DƏQİQƏ

Paşinyandan Qarabağla bağlı yeni - BƏYANAT

Tarix:

24-10-2018, 13:37

/ 10 346 dəfə oxundu.
Paşinyandan Qarabağla bağlı yeni - BƏYANAT

Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol PaşinyanErmənistan parlamentinin hökumət başçılığına namizədliyin müzakirə edildiyi iclasında Qarabağ münaqişəsinin həlli ilə bağlı deputatların sualına cavab verib. 

GunAz.az  oxu.az -a istinadən xəbər verir ki, Nikol Paşinyanın sözlərinə görə, ölkənin heç bir lideri Qarabağ münaqişəsini xalqdan gizlin həll edə bilməz. 

“Mənim xalqın müzakirəsinə verilməsinin vacibliyini hesab etdiyim variant danışıqlar prosesində hazırlansa, sözsüz ki, bu, ilk addım olacaq. Qarabağ məsələsinin gizli yolla istənilən həlli istisna edilir”, - Paşinyan deyib. 

Onun sözlərinə görə, münaqişənin həlli zamanı Azərbaycan və Ermənistan xalqlarının, eləcə də, Qarabağda yaşayan sakinlərin mövqeyini nəzər almaq lazımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ