SON DƏQİQƏ
» » Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Tarix:

23-10-2018, 13:33

/ 10 381 dəfə oxundu.
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə oktyabrın 28-də keçiriləcək test imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən GunAz.az -a bildiriblər ki, buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvdq/linkinə daxil olmaq lazımdır. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ