SON DƏQİQƏ
» » Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri təhvil verilib - NAZİRLİK

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri təhvil verilib - NAZİRLİK

Tarix:

22-10-2018, 10:23

/ 10 302 dəfə oxundu.
Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri təhvil verilib - NAZİRLİK

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıb.

GunAz.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib. 

Nazirlik rəsmisi qeyd edib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib. 

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ