SON DƏQİQƏ

Qarşıdan gələn qışa hazırıqmı?

Tarix:

9-10-2018, 13:24

/ 10 293 dəfə oxundu.
Qarşıdan gələn qışa hazırıqmı?

 

Oktyabr və noyabr soyuqlu, yağışlı günlər ayıdır. Payız öz sərt üzünü göstərir. Gəlin görək qarşıdan gələn qışa hazırıqmı?

Bu günlərdə bir neçə saat ərzində yağan yağışlar paytaxtımızda çox çətinliklər yaratdı. Belə ki, küçələrdən sel kimi axan sular harda çökək yer var idisə, o hissəyə toplanır və nəticədə piyadaların yolu küçmələri çətinləşirdi. Çox təəssüflər olsun ki, yeni asfalt örtüyü çəkilərkən lukların çoxunun üstü örtülür, axan sular küçələrdə gölməçələr yaradır. Bunun da səbəbi asfalt yolların kənarlarında suyun axını üçün şəraitin yaradılmamasıdır. Kanalizasiya sistemlərinin isə yağış suyunu vaxtında tənzimləməyə gücü çatmır. Bir tərəfdən də yeni tikilən binalarının kanalizasiya sistemlərinin köhnə borulara birləşdirilməsi bir çox əngəllər törədir. Köhnə kanalizasiya boruları yeniləri ilə əvəz olunmalıdır. Bakının əksər rayonlarında bu məsələ öz həllini hələ də tapmayıb. Bir tərəfdən də köhnə yaşayış evlərinin sökülərək yerində yüksək mərtəbəli binaların sıx-sıx tikilməsi avtomobil və piyadaların hərəkətinə maneələr törədir. Neft və qaz süxurları ilə zəngin olan Bakımızda hündür mərtəbəli binaların sıx-sıx tikilməsi təhlükə və çətinliklər yarada bilər.

Onu da qeyd edim ki, bəzi tikinti rəhbərləri pilot layihə adı altında köhnə mənzilləri sökdürür və əvəzinədə yeni tikdirdikləri binalarda mənzillərin ölçüsünü sənədlərə uyğun quraşdırmırlar. Hətta hər mənzilin kvadrat metri standarta uyğun olmur. Bu da binaların görkəminə mənfi təsir göstərir.

Paytaxtımızın siması günü-gündən gözəlləşir. Ölkə prezidenti çıxışında həyat mənzillərinin sökülərək yerində park və xiyabanların salınmasının vacibliyindən danışmışdır. Vətəndaşların rahatlığını təmin etmək hər bir əlaqədar təşkilatların vicdan borcudur. Gəlin vicdanımızı itirməyək, xalqımızın xoşbəxtliyi naminə çalışaq.

 

Rauf İLYASOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ