SON DƏQİQƏ
» » Yeni "iPhone"ların ölkəmizdə satış qiyməti məlum oldu

Yeni "iPhone"ların ölkəmizdə satış qiyməti məlum oldu

Tarix:

26-09-2018, 11:41

/ 10 359 dəfə oxundu.
Yeni "iPhone"ların ölkəmizdə satış qiyməti məlum oldu

"Apple" şirkətinin istehsal etdiyi yeni "iPhone" modellərinin Azərbaycanda satışına başlanılıb.

GunAz.az baku.ws -a istinadən bildirir ki, sentyabrın 17-də təqdim edilən yeni "iPhone Xs" və "iPhone X Max" modellərinin qiyməti də məlum olub.

"World Telecom" mağazalar şəbəkəsinin rəsmi saytında yerləşdirilən yeni "iPhone"lar 2799 manatdan başlayır. Ən bahalı modelin (iPhone XS Max) qiyməti isə 3599 AZN-dir. 256 GB yaddaşa sahib telefon hazırda bazara çıxarılan telefonlar arasında ən yüksək funksiyalı cihazdır.

Yeni "iPhone"nun 512 GB yaddaşlı modellərinin isə qiyməti hələlik açıqlanmır. Böyük yaddaşa sahib olan telefonların qiymətinin nisbətən daha baha olacağı ehtimal edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ