SON DƏQİQƏ
» » Vəzifəyə təyin olunmaq üçün 16 min manat verdi

Vəzifəyə təyin olunmaq üçün 16 min manat verdi

Tarix:

18-09-2018, 14:43

/ 10 283 dəfə oxundu.
Vəzifəyə təyin olunmaq üçün 16 min manat verdi

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

GunAz.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Müşfiq Əhədov (ad şərtidir) müraciətində bildirib ki, bir müddət əvvəl Azadlıq prospekti 233 ünvanında Mehralı adlı tanışına 16 min manat verib. Həmin şəxs pulun qarşılığında M.Əhədovun yaxın qohumu olan Allahyar adlı şəxsi vəzifəyə təyin etdirəcəyinə söz versə də, vədinə əməl etməyib.

M.Əhədov verdiyi pulu geri ala bilmədiyini görərək polisə müraciət edib.

Müraciət əsasında Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Bölməsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ