SON DƏQİQƏ
» » Çeçenlər Moskvada möhtəşəm toya hazırlaşırlar - FOTO

Çeçenlər Moskvada möhtəşəm toya hazırlaşırlar - FOTO

Tarix:

27-08-2018, 08:19

/ 10 587 dəfə oxundu.
Çeçenlər Moskvada möhtəşəm toya hazırlaşırlar - FOTO

Avqustun sonunda Moskvada keçiriləcək çeçen tikinti maqnatı, sabiq senator Umar Cəbrailovun qardaşı oğlunun toyuna böyük hazırlıq gedir.

Oxu.Az-ın Super.ru-ya istinadən məlumatına görə, 20 yaşlı Moskva Dövlət Universitetinin tələbəsi Əhməd Cəbrailov 18 yaşlı Xava Zaurbekovla ailə həyatı quracaq.

Əhməd və Xava artıq Qroznıda bir toy ediblər və Moskvada ikinci möhtəşəm məclisə hazırlaşırlar.

Toy Moskvada bahalı məclislərin keçirildiyi “Safisa” restoranında təşkil olunacaq. Gəlini Qroznıdan şəxsi təyyarə ilə gətirəcəklər. 

Mərasimə 500 nəfər dəvət edilib. Bəyin atası Hüseyn Cəbrailovunsözlərinə görə, mərasimdə yalnız çeçen artist və musiqiçilər iştirak edəcəklər, heç bir rusiyalı və xarici müğənni toya dəvət almayıb.

18 yaşlı gəlin toya Zuhair Murad paltarında gələcək, bu brendin geyimində həmçinin milyonçuların qızları Mariya Çinqirskaya, eləcə də, Məryəm və Elina Bajayeva bacıları ərə gediblər.

Toy üçün hazırlanan tortun qiymətinin bir neçə milyon rubl təşkil etdiyi bildirilir.

Qeyd edək ki, Umar Cəbrailov tanınmış rusiyalı iş adamı və mesenatdır. 

Biznesmen 2017 ilin avqustun 29-da “Four Seasons” mehmanxanasındakı atışmadan sonra həbs edilib. O, içkili vəziyyətdə tapançadan atəş açıb. Hadisə zamanı heç kim xəsarət almayıb. Sonradan U.Cəbrailov ölkədən çıxmamaq şərti ilə sərbəst buraxılıb.

Ekspertizanın nəticəsi göstərib ki, Cəbrailov insident zamanı narkotik vasitənin təsiri altında olub.

Cari ilin iyul ayında “Vahid Rusiya” partiyası Umar Cəbrailovu öz sıralarından xaric edib.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ