SON DƏQİQƏ
» » Azərbaycan XİN İndoneziya xalqına başsağlığı verdi

Azərbaycan XİN İndoneziya xalqına başsağlığı verdi

Tarix:

6-08-2018, 20:54

/ 10 329 dəfə oxundu.
Azərbaycan XİN İndoneziya xalqına başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib. 

GunAz.az xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

Başsağlığında deyilir: "Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq".

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ