SON DƏQİQƏ

Nazirlik vəzifəli şəxsi cərimələdi

Tarix:

30-07-2018, 11:11

/ 10 261 dəfə oxundu.
Nazirlik vəzifəli şəxsi cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

GunAz.az -a Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı əraziyə cavabdeh Şağan bələdiyyəsinin sədri Afiyəddin Məmmədov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3 min manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

скачать dle 12.1

Şərhlər